İQTİSADİYYAT
“Azərsu” ASC-nin sədr müavini Oğuzda vətəndaşlarla görüşəcək
Bakı, 6 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iyunun 14-də Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün Oğuz və Qəbələ Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [17:09]
® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə
- 22.05.2024 [16:52]
Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb
- 22.05.2024 [15:36]
İSB: Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb
- 22.05.2024 [15:14]
Cari ildə dövriyyədə olan ödəniş kartlarının sayı artıb
- 22.05.2024 [15:07]
Ötən ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb
- 22.05.2024 [14:16]
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilir
- 22.05.2024 [13:33]
Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir VİDEO
- 22.05.2024 [13:19]