Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRSU” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ NİZAMƏDDİN RZAYEVİN ÇIXIŞI

        -Möhtərəm cənab Prezident!
        Xanımlar və cənablar!
        Möhtərəm cənab Prezident, ölkənin ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişafı siyasəti, bu gün Sizin tərəfinizdən ardıcıl şəkildə və uğurla davam etdirilir. Ölkə iqtisadiyyatı artıq neçə ildir ki, dinamik sürətlə inkişaf edir. Sizin böyük qayğı və diqqətiniz sayəsində bu inkişaf infrastrukturun bütün sahələrində, o cümlədən su təchizatı sektorunda da öz əksini tapır.
Məlum olduğu kimi, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2002-ci ilin dekabr ayında ulu öndərimiz Heydər Əliyev tərəfindən Oğuz və Qəbələ rayonları ərazisindən su kəməri çəkilməsi barədə müvafiq tapşırıq verilmişdir.
Möhtərəm Prezident!
2005-ci ilin sentyabrında keçirilmiş müşavirədə respublikamızda su təchizatının yaxşılaşdırılması üçün görüləcək işlər və perspektiv layihələrlə bağlı verdiyiniz tapşırıqlardan sonra Bakı şəhərinin fasiləsiz və keyfiyyətli su ilə təmin olunması məqsədi ilə çəkiləcək bu kəmərin reallaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Almaniyanın məsləhətçi şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılması və ilkin layihələndirilməsi işləri aparılmış, beynəlxalq müsabiqə keçirilmişdir. Onun nəticələrinə müvafiq olaraq, layihənin idarə edilməsi və texniki nəzarət Almaniyanın “GES Consulting Engineers” şirkəti tərəfindən, su kəmərinin layihələndirilməsi və tikintisi isə Türkiyə və Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcəkdir.
Möhtərəm cənab Prezident!
Təməlinin qoyulmasında iştirak etdiyimiz bu kəmər haqqında qısa məlumat vermək istəyirəm. İlk növbədə, onu demək istəyirəm ki, bu, əhalinin sosial problemlərinin həlli üçün nəzərdə tutulmuş böyük əhəmiyyətli iri infrastruktur layihəsidir. Yerinə yetiriləcək işlərin həcminə, veriləcək suyun miqdarına və keyfiyyətinə görə nəinki Azərbaycanda, eləcə də dünyada su təchizatı üzrə ən böyük layihələrdəndir.
Möhtərəm cənab Prezident!
Belə əhəmiyyətli layihənin Azərbaycanda həyata keçirilməsi Sizin dəstəyiniz sayəsində, əhalinin sosial problemlərinin həllinə yönəldilmiş yüksək diqqət və qayğınız nəticəsində mümkün olmuşdur. Bu layihəni şərti olaraq iki hissəyə bölmək olar. Sugötürücü qovşaq və Oğuz-Qəbələ-Bakı magistral su kəməri. Sugötürücü qovşaq, əsasən, Oğuz rayonunda yerləşir. Burada 120 ədəd quyunun qazılması nəzərdə tutulur. Quyular təxminən 150 metr dərinlikdə 350 millimetr diametrdə qazılacaqdır. Quyuların hər birindən saniyədə 50 litr su götürülməsi nəzərdə tutulur.
Sugötürücü quyuların iş rejiminə avtomatik nəzarət etmək üçün SCADA tipli nəzarət sistemi yaradılacaqdır. 
Sugötürücü qovşaq üçün sanitar zona nəzərdə tutulmuşdur. Bu zona təxminən 30 kilometr uzunluğunda 1,5 kilometr enində ərazini əhatə edəcəkdir. Bu sahədən başlayaraq, su ümumi uzunluğu 267 kilometr olan, diametri 2 metrlik şüşə-polietilen borulardan quraşdırılacaq kəmərlə Bakı şəhərinə hövzə axını ilə nəql olunacaqdır. Su kəmərinin çəkilişində şüşə-polietilen boruların seçilməsindən əsas məqsəd polad borulara nisbətən iqtisadi cəhətdən sərfəli olması, korroziyaya qarşı yüksək davamlılığı, qaynaqdan istifadə edilmədən asan quraşdırılması, çəkisinin azlığı və dəyərinin xeyli aşağı olmasıdır. Kəmər boyunca hər tərəfə 25 metr olmaqla, 50 metrlik sanitar-mühafizəsi zonası nəzərdə tutulmuşdur. Su kəməri yolboyu 12 çay məcrasının altından keçəcəkdir. Eyni zamanda, kəmər 8 yerdə avtomobil, 2 yerdə dəmir yolu xətti ilə kəsişir. Bu kəmər respublikanın 8 rayonunun ərazisindən keçəcəkdir.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə veriləcək suyun keyfiyyətinə gəlincə, bu saf, təmiz bulaq suyu olub, içməli tərkibli əsas minerallarla zəngindir və bu minerallar norma daxilindədir. Bu suda norma həcmində insan orqanizmi üçün vacib əhəmiyyəti olan xlor elementi də var. Suyun codluq və minerallıq dərəcəsi ümumilikdə Dünya Səhiyyə Təşkilatının standartından bir neçə dəfə yaxşıdır.
Kəmər 2008-ci ildə istifadəyə veriləcəkdir. Layihənin həyata keçirilməsində 2000-nə qədər yeni iş yeri açılacaqdır. Kəmər vasitəsilə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində bulaq suyu veriləcəkdir. Kəmərin çəkilməsi ilə yanaşı, Bakı şəhərinin su təchizatı sistemində yenidənqurma işlərinin aparılması nəticəsində şəhər fasiləsiz olaraq su ilə təmin olunacaqdır.
Möhtərəm cənab Prezident!
Bu imkandan istifadə edərək, icazə verin, iqtisadiyyatımızın inkişaf etdirilməsi, əhalinin sosial şəraitinin, o cümlədən su təchizatının yaxşılaşdırılmasına göstərdiyiniz böyük qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımı bildirim. Sizi əmin edirəm ki, paytaxtımızın su təchizatı üçün çox önəmli olan bu kəmərin tikintisi ilə bağlı Sizin tapşırıqlarınızın həyata keçirilməsində üzərimizə düşən şərəfli vəzifələrin yerinə yetirilməsinə nail olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
                         X             X          X
        Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər