“Azərsu”nun Nizami Rayon Sukanal İdarəsinin ünvanı dəyişib
Bakı, 4 iyun, AZƏRTAC
“Azərsu” ASC-nin Nizami Rayon Sukanal İdarəsinin ünvanı dəyişib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda idarə Bakı şəhəri Nizami rayonu 2453-cü məhəllə, Əlif Hacıyev küçəsi 21 ünvanında fəaliyyət göstərir. Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər.
Əlaqə üçün (012) 421-43-46, (012) 422-28-10, (012) 520-05-80 telefonlarına müraciət etmək mümkündür.