AZƏRTAC-IN FOTOXRONİKASI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, agentliyin fotoxronikası İspaniyanın Actualidad Çap Evinin “Prestij və keyfiyyət-2008 üzrə lider” beynəlxalq mükafatına layiq görülmüşdür.
Bu barədə Madriddən “Actualidad turizm” sənaye və ticarət jurnalından göndərilmiş məktubda məlumat verilir.
Mükafat oktyabrın 18-də Varşava şəhərində təqdim ediləcəkdir.