AzTU ilə Gəbzə Texniki Universitetinin ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Gəbzə Texniki Universiteti (GTU) arasında materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına ilk dəfə tələbə qəbulu aparılır.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, proqrama qəbul olunan tələbələr təhsil müddətinin birinci kursunu GTU-da, ikinci kursunu isə AzTU-da keçəcəklər.
Bundan başqa, tələbələr müasir laboratoriyalarda praktiki və tətbiqyönümlü hazırlıq keçəcək, hər iki universitetin professorlarının elmi rəhbərliyi altında çalışacaq, habelə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində tədqiqat aparmaq imkanından faydalanacaqlar.
Qeyd edək ki, hər iki universitet arasında sözügedən ikili diplom proqramı haqqında protokolun imzalanma mərasimi cari ilin aprel ayında keçirilib. Sənəd Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında mövcud olan müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında memorandum çərçivəsində imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]