AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı müzakirə aparılıb
Bakı, 26 aprel, AZƏRTAC
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüş zamanı AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, Avropa İttifaqının AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işlərə dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.