“Babək” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb
Bakı, 25 avqust, AZƏRTAC
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir edilib, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boru quraşdırma işləri görülüb.
Həmçinin gəminin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları da müasir tələblərə uyğun təmir olunub.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və yenidən istismara qaytarılıb.
Uzunluğu 150 metr, eni 17 metr olan “Babək” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]