Baham adaları hökuməti müflis olmuş FTX birjasının qurucusunu ABŞ-a təhvil verib
Bakı, 22 dekabr, AZƏRYAC
Baham adaları hökuməti ABŞ FTX kriptovalyuta birjasının qurucusu və sabiq baş direktoru Sam Bankman-Fridi ABŞ-a ekstradisiya edib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, Baham adaları prokurorluğunun bəyanatına görə, Bankman-Frid onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququndan imtina edib.
Cümə axşamı onun ABŞ məhkəməsi qarşısında durmağı gözlənilir.
Amerikalı iş adamı Baham adalarında yaşayır. FTX birjası da orada qeydiyyatdan keçib. Birja noyabrın 11-də müflis olduğunu bildirib və şirkətin baş direktoru Sam Bankman-Frid istefa verib.
ABŞ-ın şikayətindən sonra Sam Bankman-Frid Baham adalarında saxlanılıb. ABŞ prokurorluğunun fikrincə, o, FTX-nin dağılmasında əsas rol oynayıb, birjanın problemlərini ictimaiyyətdən və investorlardan gizlədib. Qiymətli Kağızlar və Birja Komissiyası bildirib ki, Bankman-Frid investorların pullarından özü və ailəsi adına daşınmaz əmlak almaq üçün qeyri-qanuni istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]