Bahar Muradova Şirvan şəhərində vətəndaşlarla görüşüb
Bakı, 24 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 24-də Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən işlə təmin olunma, alimentin ödənilməsi, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı olub.
Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.