BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərracların birja sistemində (EHBS) səhər sessiyasının açılışında USDAZM-in məzənnəsi 1 ABŞ dolları üçün 4901, 65 manata bərabər idi. USDAZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 459 min ABŞ dolları olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2,35 bənd düşərək, 1 ABŞ dolları üçün 4904,00 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USDAZM T+0 aləti üzrə 8 milyon 627 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4902,15 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USDAZM T+0 alətləri üzrə hərracların ümumi həcmi 9 milyon 86 min ABŞ dolları təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 44 milyard 542 milyondur. Bir əqdə, orta hesabla, 1 milyon 298 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-dən banklar RURAZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,342 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Birjada sentyabrın 9-da banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.