BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, sentyabrın 5-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8146 AZN olmuşdur.
Birja hərraclarının elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8137 AZN-ə bərabər idi. Dilerlər tərəfindən tələbat olmadığından USD/AZN T+0 aləti üzrə 814 600 AZN həcmində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0009 bənd düşərək 1 ABŞ dolları üçün 0,8146 AZN təşkil etmişdir.
BHES-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 974 610 AZN həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8146 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 4 650 000 dollara çatmışdır ki, bu da manat ekvivalenti ilə 3 789 210 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 1 162 500 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,07 faiz, ABŞ dolları üzrə isə 16,93 faiz təşkil etmişdir.
Sentyabrın 5-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.