Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycanda bir araya gətirəcək

Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycanda bir araya gətirəcək

Bakı, 22 iyul, AZƏRTAC

Oktyabrın 28-dən noyabrın 8-dək Bakıda ikinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival fərqli janrlarda rəqs, dram və musiqi tədbirlərini əhatə edir. Festival proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətkarlarla görüşlər və ustad dərsləri ilə birgə 20-dən çox tədbir daxildir. Bu möhtəşəm sənət bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətkarları və yaradıcı kollektivləri bir araya gətirəcək. Festivalın proqramı və daha ətraflı məlumat www.biaf.az  rəsmi internet səhifəsində təqdim olunacaq.

Builki festivalda beynəlxalq aləmdə nüfuz qazanmış sənətkarlarla azərbaycanlı sənətkarların, ansambl və təhsil müəssisələrinin əməkdaşlığına xüsusi diqqət yetirilir. Bu müəssisələrə Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Kamera Orkestri daxildir. BIAF-ın əsas tədbirləri Bakının bir neçə simvolik məkanında – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Heydər Əliyev Sarayı, İçərişəhər və digər məkanlarda keçiriləcək.

Festival çərçivəsində tanınmış və beynəlxalq mükafatlara layiq görülmüş rejissor-xoreoqraf Əkrəm Xanın (Akram Khan) yeni əsəri — “Thikra: yaddaş gecəsi” (“Thikra: Night of Remembering”) də nümayiş olunacaq. Bu tamaşa Əkrəm Xanın özünəməxsus yaradıcılıq üslubu olan klassik hind rəqsi “katak” ilə müasir rəqsin innovativ sintezini əks etdirir. Səhnə əsərinin geyim və vizual dizaynı 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanının milli pavilyonundakı genişmiqyaslı multimedia instalyasiyası ilə tanınan səudiyyə ərəbistanlı vizual rəssam Mənal Əl-Dovayana (Manal AlDowayan) məxsusdur. Layihənin dünya premyerası “AlUla Kral Komissiyası”nın sifarişi ilə 2025-ci ilin yanvarında keçirilmiş “AlUla İncəsənət Festivalı” çərçivəsində Əl-Ula şəhərindəki “Wadi AlFann” (İncəsənət Vadisi) adlanan təbii səhra mənzərəsində baş tutub.

Ərəb dilində “yaddaş” və ya “xatırlama” mənasını verən “Thikra” ritualların gücünə əsaslanır. İllik toplantı formatında təqdim olunan bu əsərdə, bir qadın qəbiləsi əcdadlarının ruhunu oyatmaq üçün cəmi bir gecəliyə bir araya gəlir. Onlar ayinlər və kollektiv anma vasitəsilə zamanın hüdudlarını aşaraq, keçmişlə indini dərin bir yenilənmə hadisəsində birləşdirirlər.

Bu il BIAF-ın musiqi proqramı həyatı və taleyi Azərbaycanla qırılmaz tellərlə bağlı olan əfsanəvi bəstəkar Dmitri Şostakoviçin 120 illik yubileyinə həsr olunub. Milli bəstəkarlıq məktəbinin inkişafına böyük təsir göstərmiş bu sovet dühası Bakıya tez-tez gələrək burada çıxışlar edirdi.

İfaçılar arasında ikiqat “Qremmi” mükafatı laureatı, tanınmış skripkaçı Maksim Vengerov da yer alır. Dövrümüzün ən tələbat duyulan skripkaçılarından biri olan Vengerov Mstislav Rostropoviç, Georg Şolti və Yehudi Menuhin kimi əfsanəvi musiqiçilərlə əməkdaşlıq edib, həmçinin dünyanın nüfuzlu məkanlarında tez-tez aparıcı orkestrlərlə çıxışlar edib. Görkəmli musiqiçi lentə aldırdığı audioyazılara görə çoxsaylı mükafatlara, o cümlədən iki “Qrammofon”, beş “Edison”, iki “Eko Klassik” və “Classical Brit” mükafatlarına layiq görülüb.

BIAF tamaşaçıları həmçinin beynəlxalq səviyyədə tanınmış cənubi afrikalı rəssam Uilyam Kentricin (William Kentridge) multimedia layihəsini — Şostakoviçin 10 saylı simfoniyasının vizual həllini izləyə biləcəklər. Kentric kollaj, kuklalar və maskalı aktyorlardan istifadə edərək “Ah, başqa bir dünyaya inanmaq” (“Oh To Believe in Another World”) adlı animasiya filmini ərsəyə gətirib. Filmdə bəstəkarın 1953-cü ildə yazdığı — müəllifin ən şəxsi əsərlərindən biri hesab olunan möhtəşəm simfoniyasını müşayiət etmək üçün xəyalvari “tərk edilmiş sovet muzeyi” canlandırılır.

Simfoniyanın Bakı ilə xüsusi bir bağı da var: əsər Şostakoviçin öz tələbəsi, azərbaycanlı bəstəkar və pianoçu Elmira Nəzirovaya bəslədiyi gizli sevgi etirafını əks etdirir. Bu möhtəşəm əsər, kökləri Bakıya bağlı olan dünyaşöhrətli Dmitri Sitkovetskinin dirijorluğu ilə BIAF Festival Orkestri tərəfindən ifa olunacaq.

Qeyd edək ki, 2025-ci ildə BIAF Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa, Özbəkistan və digər ölkələrdən olan 100-dən çox sənətkarın iştirakı ilə 20-dən çox unikal tədbir təqdim edib. Festivalın qonaqları Robert Lepaj (Robert Lepage), Giyom Kote (Guillaume Côté), Şaron Eyal (Sharon Eyal), Yanq Lipinq (Yang Liping), Rimas Tuminas və Daniele Finzi Paska kimi səhnə ustadlarının əfsanəvi əsərlərini izləmək imkanı əldə ediblər.

Dünyanın ən məşhur festival layihələrindən ilhamlanan BIAF müasir, beynəlxalq və çoxjanrlı mədəniyyət platformasıdır. Bu qlobal platformaya ev sahibliyi edən Bakı Şərqlə Qərbi birləşdirən dinamik, açıq və tolerant bir şəhər, müasir qlobal paytaxtdır. Vaxtilə İpək Yolunun mühüm dayanacağı olan və hər zaman fərqli xalqların, inancların cazibə mərkəzi kimi seçilən bu şəhər, bu gün də yüksək standartlar müəyyən edərək mədəniyyətləri qovuşdurur. Bakı Beynəlxalq İncəsənət Festivalı son illərin ən yaxşı səhnə performanslarını izləmək, eləcə də Azərbaycanın zəngin tarixini və rəngarəng mədəni ənənələrini kəşf etmək üçün unikal bir fürsətdir.

BIAF-2026-nın ətraflı proqramı və biletlər barədə məlumat festivalın rəsmi internet səhifəsində yerləşdiriləcək: https://www.biaf.az/ 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb