Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Ötən ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.
Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-ə yaxın ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndənin iştirakı gözlənilir.
Qeyd edək ki, konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı mənfi təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [22:14]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [21:31]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [19:34]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [18:34]
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib
- 20.09.2026 [09:13]
Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir
- 19.09.2026 [23:25]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [20:11]
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
- 19.09.2026 [19:46]
“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib
- 19.09.2026 [10:46]
Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]