İDMAN
Bakı Dövlət Cıdır Meydanında atçılığın konkur növü üzrə paytaxt çempionatı keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında atçılığın konkur növü üzrə paytaxt çempionatı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 60-80 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Light Limerick” ləqəbli atla Murad Əlizadə birinci olub. Hündürlüyü 120-140 santimetr olan maneələri dəfetmə üzrə yarışda “Cerry Sanders” ləqəbli atla Rüstəm Hümbətov bütün rəqiblərini qabaqlayıb.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
- 04.05.2024 [10:50]
Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək
- 04.05.2024 [10:31]
Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək
- 04.05.2024 [03:26]