Bakı Dövlət Universitetində təlim: COVID-19 ilə mübarizə
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Gənc İntellektuallar Məktəbi” layihəsinin ikinci təlimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu təlimdə universitetin professoru Fərayət Əhmədova tələbələr qarşısında “COVID-19 ilə mübarizə” mövzusunda təqdimatla çıxış edib. Professor bəşəriyyətin zaman-zaman kataklizmlərlə müşayiət olunan bir sıra epidemiya və pandemiyalarla üzləşdiyini qeyd edərək bildirib ki, tarixdə dəfələrlə baş qaldıran və qurbanlarının sayının bir neçə yüz milyonu ötdüyü taun, vəba, ispan qripi, quş qripi, malyariya, ebola və digər xəstəliklərə XXI əsrin əvvəlində mənşəcə bir-birinə yaxın olan üç müxtəlif virus - SARS-CoV-1, MERS və SARS-CoV-2 (COVID-19) qoşulub.
Təlimdə yeni növ koronavirus infeksiyasından qorunmağın yolları, əhalinin sağlamlığının qorunması üçün tətbiq olunan mübarizə proqramları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti və vacibliyi haqqında ətraflı bəhs olunub.
“Gənc İntellektuallar Məktəbi” layihəsi çərçivəsində növbəti görüş Xalq yazıçısı Çingiz Abdullayev ilə olacaq.
Təlimlərin keçirilməsində məqsəd tələbələrə özünü inkişaf etdirməyin yollarını izah etmək, onların yeni bilik və bacarıqlar əldə etməklə dövlətimiz və cəmiyyətimiz üçün peşəkar kadr kimi yetişməsinə töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]