BAKI FOND BİRJASINDA NÖVBƏTİ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakı Fond Birjasında Milli Bankın hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Notlar oktyabrın 8-də ödəniləcəkdir.
Hərrac zamanı, notlar buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.