“Bakı Gənclər Debat Forumu: 2023” layihəsinin final və mükafatlandırma mərasimi keçirilir
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı Gənclər Debat Forumu: 2023” layihəsinin final və mükafatlandırma mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Debat forumun məqsədi gənclər arasında “Heydər Əliyev İli”nin təbliğ olunması, natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Forumda 16 ali təhsil müəssisəsini və gənclər evlərinin üzvlərini təmsil edən 50 komanda mübarizə aparıb, 1000-dən çox gənc iştirak edib.
Açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov debat forumun əhəmiyyətindən danışıb. Bildirib ki, forum gənclərin bacarıqlarının inkişafı üçün nadir platformadır.
Tədbir çıxışlarla davam edir.