Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metropoliteni pandemiya dövründə 377 gün sərnişindaşıma prosesindən kənar qalıb

Bakı, 11 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan tarixinə zəngin hadisələri ilə yanaşı, doğma Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq layihələri ilə də düşüb. Əsas işi sərnişindaşıma olan Bakı metropoliteni üçün bu vəzifə 2021-ci ildə beş ay gec - mayın 31-də başlasa da, əlamətdar hadisələrlə zəngin olub. Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli Qərarına əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti oktyabrın 19-u saat 00:00-dan dayandırılanda, onun 25 stansiyası var idi. 226 gün sonra isə yenidən sərnişinlərini qəbul edən metropolitenin stansiyaları sırasına daha biri də qoşulub. 28 May, 20 Yanvar kimi tarixi günləri stansiyalarının adında əbədiləşdirən Bakı metropoliteni və onun zəhmətkeş kollektivi 8 Noyabr tarixini də qürurla yaşadacaq.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, 2021-ci il metropoliten tarixində bir çox əlamətləri ilə xüsusi yer tutmaqla yanaşı, həm də təkcə birmənalı hisslərlə yadda qalmayacaq.

COVID-19 koronavirusu səbəbi ilə qapıları sərnişinlərin üzünə bağlanan stansiyalarda, tunellərdə, yollarda, bir sözlə, hərəkətin təşkilinə aidiyyəti olan və hidrogeoloji mühitin dağıdıcı təsirinə məruz qalan sahələrin, avadanlığın, qurğu, maşın və mexanizmlərin saxlanması heç də asan başa gəlməyib. Bu məqsədlə metropolitenin əsas diqqəti və qayğısı məhz mənfi təsirlərin qarşısının alınmasına yönəldilib. Lakin xüsusi karantin rejiminin sərnişinsiz günlərində bir çox mümkün yeniliklər və layihələr də həyata keçirilib.

Bir çox sahələrdə avadanlıqların yenilənməsi, hərəkətin təhlükəsizliyinin və xidmət mədəniyyətinin yüksəldilməsi üzrə planlı işlər cədvəl üzrə davam edib. Deponun vaqon parkının yenilənməsi, təmir bazasının gücləndirilməsi, təmirin keyfiyyətinin yüksəldilməsi işləri də öz qaydası ilə aparılıb.

Ümumilikdə bir ildən artıq sərnişinsiz

2021-ci ilin sərnişindaşıma dövrü koronavirus pandemiyası ilə əlaqədar olaraq, cəmi 7 aydan ibarət olub. Pandemiya şəraitində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun yumşaldılması planına müvafiq olaraq, stansiyaların qapıları mayın 31-də açılıb. Həmin vaxt verilmiş qərara əsasən, metropoliten futbol üzrə UEFA Avropa çempionatının Bakıda təşkil olunan final mərhələsi oyunlarının keçirildiyi istirahət günləri istisna olmaqla, sentyabrın 27-nə kimi yalnız həftə içi 5 gün sərnişin daşıyıb. Yeni tədris mövsümünün əvvəlki illə müqayisədə daha çox əyani tədris üsulu əsasında başlaması ilə yeraltı nəqliyyat sərnişindaşıma fəaliyyətini tam formatda bərpa edib.

Ümumən qeyd olunmalıdır ki, pandemiyanın başlandığı 2020-ci ildə də metronun işinə zamanla bir sıra məhdudiyyətlər tətbiq edilib. 2020-ci il martın 29-31-də 3 gün ərzində qatarlar səhər 2 (07:00-09:00) və axşam 3 (17:00-20:00) saatlıq iş rejimi ilə, yəni qrafik üzrə nəzərdə tutulan 54 saatın əvəzinə 15 saat işləyib. Həmin il 3 dəfə sərnişindaşıma fəaliyyəti tam məhdudlaşdırılıb. Birinci dəfə aprelin 1-dən mayın 9-na kimi, ikinci dəfə iyulun 4-dən sentyabrın 14-dək sərnişin daşımayan Bakı metropoliteni həmin il sonuncu dəfə oktyabrın 16-da tam iş günü rejimində fəaliyyət göstərib. Sərnişindaşıma həyata keçirilən dövrlərdə isə iyun ayından başlayaraq, həftəsonları stansiyaların qapıları bağlı qalıb.

Beləliklə, 2020-ci ildə 198, 2021-ci ildə isə mayın 31-dək 150, ümumilikdə isə ötən il həftə sonları da nəzərə alınmaqla cəmi 179 gün sərnişin daşınmayıb. Ümumən, pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.

Ötən ilin yekunlarına gəldikdə, bu müddətdə daşınan sərnişinlərin sayı, 2022-ci il yanvarın 1-i səhər saat 06:00-a qədər olan məlumata əsasən, 90 milyon 232 min 427 (bunun 87 milyon 181 min 452 nəfəri ödənişli olmaqla) təşkil edib. Metropoliten sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 min 121 (o cümlədən 468 min 717 ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (o cümlədən 238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.

Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il - 2019-cu il ərzində 236 milyon 681 min 650 (o cümlədən 229 milyon 724 min 538 ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648 min 443 (o cümlədən 629 min 382 ödənişli) sərnişin deməkdir.

Pandemiya qaydaları ilə xidmətin təşkili

Sərnişindaşıma fəaliyyəti bərpa ediləndən əks-epidemik tədbirlər çərçivəsində stansiyaların və qatarların sanitar-gigiyena tələblərinə cavab verməsi, ələlxüsus dezinfeksiya işlərinin aparılması təşkil edilib. Bu tədbirlər müxtəlif sahələr tərəfindən birgə və ayrı-ayrılıqda ciddi nəzarətdə saxlanılıb.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılması və sosial məsafə gözlənilməsi ilə bağlı profilaktik tədbirlər, o cümlədən maarifləndirici tədbirlər müntəzəm olaraq aparılıb. Bu mənada metropoliten strukturları, eləcə də Bakı Metropolitenində Polis Şöbəsi ilə əməkdaşlıq çərçivəsində çoxşaxəli fəaliyyət təmin olunub.

Stansiyaların girişlərində tibbi maskadan düzgün istifadə edilməsinə nəzarət təmin edilib. Stansiya və qatarlarda audio, vizual, statik, habelə rabitə vasitələri və səsucaldanlarla məlumatlandırma üsullarından istifadə olunub, oturacaqlara, döşəmə və divarlara məlumatlandırıcı işarələr yapışdırılıb, zəruri məkanlarda maarifləndirici lövhələr yerləşdirilib.

Dezinfeksiya işləri əsaslı və cari olmaqla iki istiqamətdə aparılıb və hazırda da davam etdirilir. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunur. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil edilir. Bu məqsədlə, Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla, seçilmiş geniş spektrli maddədən istifadə olunur.

Cari dezinfeksiya stansiyaların əllə təmas olunan bütün səthlərində gün ərzində 6 dəfədən az olmamaq şərti ilə tətbiq edilir. Qatarlar texniki baxış, qulluq və xidmət üçün xətdən çıxarıldıqda depoda müvafiq sanitar-gigiyenik təmizləmə işlərinə cəlb olunur.

Qapalı məkanlarda, o cümlədən stansiyalarda çalışan metropoliten işçilərinin tibbi maskadan istifadə etmələri davamlı yoxlanılıb, dezinfeksiya işlərinin aparılması təşkil edilib, bütün sahə və bölmələrin dezinfeksiyaedici maddələr, maskalarla təmin edilməsinə xüsusi diqqət yetirilib. Sahələr hər biri 5 litr olmaqla ümumilikdə 475 ədəd əl dezinfeksiyaedicisi, 498 dezinfeksiyaedici sprey, 159 qutu tibbi əlcək və 8454 tibbi maska ilə təmin edilib.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi bütün istiqamətlər üzrə tədbirləri müntəzəm yerinə yetirib. Bu xüsusda bütün müvafiq strukturlar və bölmələr xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunub. Bədbəxt hadisələrin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər geniş miqyasda keçirilib, zərərli əmək şəraitində çalışan işçilər ümumilikdə 45 min 969 litr südlə təmin ediliblər. 1167 planlı müntəzəm yoxlama ilə yanaşı, 58 qəfil reyd keçirilib və məqsəd sahələrdə əmək şəraiti, sanitar-gigiyenik və digər mövcud qaydalara riayət edilməsini diqqətdə saxlamaq olub.

Müəssisədə işçilərin 96,36 faizi hər iki doza üzrə COVID-19 əleyhinə peyvənd olunub.

Hər il olduğu kimi, bütün təsərrüfat sahələrində, stansiyalarda qışa hazırlıq tədbirləri planlı şəkildə yerinə yetirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu