Bakı-Qazax avtomagistralında qəza baş verib, sürücü ölüb
Bakı, 28 mart, AZƏRTAC
Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe" və "VAZ 2106" markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:22]
Donor qanı hansı yoxlamalardan keçirilir?
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]