BAKI ŞƏHƏRİNDƏ “HEYDƏR ƏLİYEV” XATİRƏMEMORİAL KOMPLEKSİ LAYİHƏSİNİN HAZIRLANMASIÜÇÜN MÜSABİQƏNİN KEÇİRİLMƏSİ HAQQINDA
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhərində “Heydər Əliyev” xatirə memorial kompleksi layihəsinin hazırlanması üçün açıq müsabiqə elan edir.
1. Müsabiqənin şərtləri:
Müsabiqəyə təqdim edilən işlərdə Heydər Əliyevin şəxsiyyəti Azərbaycan xalqının tarixində və taleyində parlaq iz qoymuş böyük siyasi və dövlət xadimi kimi öz bədii-estetik təcəssümünü tapmalıdır. Layihə xatirə kompleksinin müasir milli memarlıq və şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verməlidir. Layihə müəllifləri kompleksin salınması üçün Bakı şəhərində münasib hesab etdikləri yeri təklif etməlidirlər.
2. Xatirə memorial kompleksinin tərkibində nəzərdə tutulan obyektlər:
Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən muzey;
Prezident arxivi;
Kitabxana;
Elmi Mərkəz.
3. Layihənin tərkibi:
- baş plan - 1: 1000 miqyasda;
- vəziyyət planı – 1 : 5000 miqyasda;
- fasadlar – 1 : 50 miqyasda;
- kompleksin ayrı-ayrı tikililərinin
mərtəbə planları – 1 : 50 miqyasda;
- əsas kəsiklər – 1 : 50 miqyasda;
- izahat vərəqəsi.
4. Müsabiqədə fiziki (ayrı-ayrı müəlliflər və müəllif kollektivləri) və hüquqi şəxslər (ittifaqlar, birliklər, şirkətlər və s.) iştirak edə bilərlər.
5. İşlər müsabiqəyə imzasız, yuxarı sağ küncündə şərti deviz yazılmaqla, 2004-cü il iyun ayının 10-dək bu ünvana təqdim olunmalıdır: Bakı AZ1016, Hökumət evi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, telefonlar: 98-00-15, 98-20-09; faks: 93-56-05. Üzərində həmin şərti deviz yazılmış, içərisində isə müəllifin adı, soyadı, atasının adı və dəqiq ünvanı göstərilən möhürlənmiş zərf işə əlavə olunur.
6. Müsabiqənin qalibləri üçün 3 mükafat təyin edilir:
I mükafat – 200 milyon manat
II mükafat – 100 milyon manat
III mükafat – 75 milyon manat
Müsabiqənin şərtlərinə uyğun olmayan işlərə baxılmır.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı telefona müraciət etmək olar: 92-56-01.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti.