BAKI ŞƏHƏRİNİN RAYONLARINDA TOPLANTILARIN KEÇİRİLMƏSİ ÜÇÜN AYRILMIŞ AÇIQ YERLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, paytaxtın rayonlarında toplantıların keçirilməsi üçün ayrılmış açıq yerlərin ünvanlarını müəyyənləşdirmişdir.
1. Binəqədi rayonu - Binəqədi qəsəbəsi, 3-cü mədən, 120-ci korpusun yaxınlığında Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu.
2. Səbail rayonu - 20-ci yaşayış sahəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionu.
3. Nəsimi rayonu - 20 Yanvar küçəsi, 21 b, 4-cü mikrorayonda məhəllə stadionu.
4. Xətai rayonu - Naximov yaşayış massivi, 6a, 6b, Naximov yaşayış massivindəki meydança; Zığ yolu küçəsi, 18, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança.
5. Qaradağ rayonu - Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Sahil qəsəbə stadionu.
6. Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Azneftgeofizika” trestinin qarşısındakı idman meydançası.
7. Suraxanı rayonu - S.Bəhlulzadə küçəsi, 24, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin T.İsmayılov adına stadionu.
8. Yasamal rayonu - M.Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu.
9. Əzizbəyov rayonu - Türkan qəsəbəsi, Xanlar küçəsi, Türkan qəsəbə parkının yanındakı meydan.
10. Nizami rayonu - Q.Qarayev prospekti, “Təbriz” kinoteatrının qarşısındakı meydan.
11. Nərimanov rayonu - Araz küçəsi, 4, “Ulduz” metro stansiyasının qarşısındakı meydan.