Bakı Slavyan Universiteti yeni layihəyə başlayıb
Bakı, 9 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev sosial məsələlər və tələbələrlə iş üzrə rektor müşavirliyi xidməti ilə geniş iclas keçirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, iclasda bir çox layihələr, eləcə də görüləcək işlərin müvafiq planlar üzrə həyata keçirilməsi məsələsi müzakirə edilib.
Bildirilib ki, sosial məsələlər və tələbələrlə iş üzrə müşavirlik xidməti artıq “Öyrənərək öyrədək” layihəsinə start verib. Layihə çərçivəsində tələbələr müvafiq dilləri bilməyən digər tələbələrə kurs keçərək onları maarifləndirir. Rus dilinin qrammatikası və sərbəst danışığı öyrənən gənclərə sonda sertifikatlar veriləcək. Könüllü kimi fəaliyyət göstərən təlimçi tələbələr də bu təşəbbüslərinə görə təşəkkürnamə ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, həyata keçirildiyi ilk gündən layihəyə 40-dan çox tələbə qoşulub. Layihənin daha da genişləndirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]