Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN TƏMƏLİNİN QOYULMASI ÖLKƏLƏRİMİZ VƏ BÜTÜN QAFQAZ ÜÇÜN ÇOX BÖYÜK HADİSƏ OLACAQDIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 5-də Prezident sarayında Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV səfiri səmimiyyətlə salamlayaraq hal-əhval tutdu. Səfirin məzuniyyətdə olduğunu bildiyini söyləyən dövlətimizin başçısı dedi ki, mən məzuniyyətə çıxa bilmirəm, doqquz ildir məzuniyyətsiz işləyirəm.

Bilirəm ki, ölkənizdə erkən seçkilərə hazırlıq gedir. Arzu edirəm ki, seçkilər yaxşı nəticələr versin, Türkiyədə güclü bir hökumət yaransın.

Səmimi qəbul üçün təşəkkür edən ƏHMƏD ÜNAL ÇEVİKÖZ dedi ki, hörmətli cümhur başqanım, bildiyiniz kimi, Böyük Millət Məclisi noyabrın 3-də Türkiyədə parlament seçkiləri keçirilməsi barədə qərar vermişdir. Məclis uzun müzakirələrdən sonra bəzi qanunlar da qəbul etmişdir. Bu, fövqəladə əhəmiyyətli hadisə, Türkiyənin Avropa Birliyinə üzvlüyünə qəbul məsələsi barədə müzakirələr başlanandan bəri atılan önəmli addımlardır. Eyni zamanda biz həmişə vurğulayırıq ki, atılan bu addımlar, qəbul olunan qanunlar Türkiyənin daha müasir mədəniyyətlər səviyyəsinə qalxması üçün, vətəndaşlarımızın daha çağdaş, daha demokratik yaşamaları üçün görülmüş tədbirlərdir. Bunları Avropa Birliyinə üzv olmaq üçün etmirik.

Noyabrın 3-dəki parlament seçkilərindən sonra Türkiyə Cümhuriyyətinin 58-ci hökuməti qurulacaqdır. Mən məzuniyyətdə olduğum zaman Azərbaycanda avqustun 24-də keçirilən referendumun nəticələri açıqlandı. Bu referendum ilə Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklərin ölkəniz üçün xeyirli olmasını arzulayıram.

Hörmətli cümhur başqanım, Azərbayacanın, Qafqazın və bütün bölgənin ən önəmli layihəsi olan “Əsrin müqaviləsi” ilə gündəliyə çıxardığınız Bakı-Tbilisi-Ceyhan neft ixrac boru xəttinin təməlinin qoyulması mərasimi olacaqdır. Sizin dəvətinizi hörmətli cümhur başqanımıza çatdırdım.

Bilirsiniz ki, hazırda Cənubi Afrika Respublikasında keçirilən zirvə toplantısı ilə əlaqədar hörmətli Əhməd Necdət Sezər Türkiyədə deyildir. O, bu günlərdə Türkiyəyə dönəcəkdir. Hörmətli cümhur başqanımızın və nümayəndə heyətimizin Bakıya gəlməsinin vaxtı tezliklə müəyyən ediləcəkdir. Bu dəvət üçün Sizə çox təşəkkür edirəm. Həqiqətən, sentyabrın 18-də keçiriləcək təməlqoyma mərasimi, Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir-birinə daha da bağlayacaq boru xətti bütün Qafqaz üçün çox əhəmiyyətli addım olacaqdır.

Daha sonra diplomat oktyabrın 14-də İstanbulda EKO təşkilatının zirvə toplantısının keçiriləcəyini vurğuladı, öz ölkəsinin rəhbərinin dəvətini Prezident Heydər Əliyevə çatdırdı.

Prezident HEYDƏR ƏLİYEV səfirə təşəkkürünü bildirərək dedi ki, mən çox arzu edirəm, Türkiyədə seçkilər çox uğurlu keçsin və Türkiyənin vətəndaşları güclü bir hökumətin yaranmasına öz səsləri ilə kömək etsinlər. Güman edirəm, belə də olacaqdır.

Biz nəhayət, Bakı-Tbilisi-Ceyhan boru xəttinin təməlini qoyacağıq. Mən hörmətli cümhur başqanı Əhməd Necdət Sezərə məktub göndərdim və telefonla da danışdım. O da çox məmnun oldu və bildirdi ki, mütləq gələcək, bu işdə iştirak edəcəkdir. Bu, təkcə bizim işimiz deyil, üç ölkənin işidir. Düzdür, Azərbaycan bunun təməlini qoyandır. Amma bu boru xətti üç ölkəni - Azərbaycan, Gürcüstan və Türkiyəni böyük bir məsafədə, təxminən iki min kilometrlik məsafədə bir-birinə bağlayan kəmərdir. Bilirsiniz ki, biz bu barədə nə qədər çox problemlərlə rastlaşdıq və bir çox problemləri həll etdik.

Bakı-Ceyhanın bir hissəsini Azərbaycan maliyyələşdirir, bir hissəsini də şirkətlərin özləri maliyyələşdirəcəklər. Buna mane olmaq istəyənlər də var. Bilirsiniz ki, Cənubi Afrikada keçirilən sammitdə Bakı-Ceyhan layihəsinin əleyhinə çıxışlar olubdur. Qəzetlər bunu tez götürüb hər yerdə dərc edibdər. Ancaq heç kəs indiyə qədər bizə mane ola bilməyib, bundan sonra da mane ola bilməyəcəkdir. Biz bunu edəcəyik və ayın 18-də bir yerdə kəmərin təməlini qoyacağıq. Mənim buna heç bir şübhəm yoxdur. Təbiidir ki, bu, böyük hadisə olacaqdır və boru xətti tikilməyə başlayacaqdır.

Ondan sonra biz burada bir mərasim də keçirəcəyik. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının istismar olunmasının ikinci fazasının başlanması haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə konsorsium arasında anlaşma imzalanacaqdır. Hesab edirəm, bu da çox mühüm anlaşmadır. Çünki ikinci fazanın başlanması neftin hasilatının güclü artması məsələsidir. Neft hasilatı artmasa, boru boş qalacaqdır.

 

Ona görə bu da çox mühüm hadisədir. Güman edirəm, bizim Dövlət Neft Şirkəti və konsorsim üç prezidentin hüzurunda bunu da edəcəklər. Bu tədbirləri bir yerdə keçirəcəyik. Çox məmnunam ki, üç prezident yenə də bir araya gələcək, görüşəcəyik, bir də söhbət edəcəyik. Bunun da çox böyük əhəmiyyəti vardır.

Bizim başqa işlərimizin hamısı normal gedir. Mən oktyabr ayında EKO-nun toplantısına gələcəyəm.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq

Klublararası dünya çempionatında növbəti oyun keçirilib

Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Qarsda Türkiyə ilə Azərbaycan arasında sərhəd əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub

"Qarabağ" braziliyalı futbolçunu transfer edib

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Dövlət Komissiyası: İtkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq

Gəncənin ictimai nəqliyyatında çalışmaq üçün müraciət edənlərin sayı açıqlanıb

AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bəzi marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub

İİTKM ABŞ-ın “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Tələbələr Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində istehsalat prosesi ilə tanış olublar

Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

“Azərişıq” bölgələrdə maarifləndirici tədbirlər həyata keçirir

Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda müzakirələr aparılıb

Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Müstəqil siyasətin təzahürü

Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir

Mette Lundgaard: Bakıdan Belemə uzanan yol xəritəsi üzrə ambisiyalar artmalıdır

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

Bəstəkar Eldar Mansurov: Musiqi sözlərin olmadığı söhbətdir – MÜSAHİBƏ

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək istehsalçılardan 150 ton yaş tütün qəbul edib

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan edib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

® “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu

Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Riqada Azərbaycanın mina probleminə dair dəyirmi masa təşkil olunub

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Ronaldunun ayaq dırnaqlarını qara rəngə boyamasının səbəbi bəlli olub

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib

Komitə: Əhalinin gəlirləri artıb

® “Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 faiz komissiyalı kredit

ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

A Seriyasına yüksələn klub Daniele De Rossiyə təklif göndərib

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

Bu il hər istehlakçı ticarət şəbəkəsində ərzaq məhsullarına 255 manatdan çox pul xərcləyib

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Siqur Krabbe: Övladlarımız üçün yaşıl gələcək istəyiriksə, indi hərəkətə keçməliyik

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

Azərbaycanda qızıl istehsalı 64 faiz artıb

İctimai iaşə dövriyyəsi artıb