İDMAN
Bakı Tennis Akademiyasında “Baku Junior Cup” turniri başlayıb
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Bakı Tennis Akademiyasında “Baku Junior Cup” turniri başlayıb.
AZƏRTAC xəbər verir ki, fevralın 19-dək davam edəcək yarışda 14 yaşadək tennisçilər çıxış edirlər.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Latviyadan tennisçilər birincilik uğrunda mübarizə aparırlar.
Fevralın 27-də isə 16 yaşadək tennisçilər arasında “Novruz Cup” turniri başlayacaq.
Azərbaycan Tennis Federasiyasının baş məşqçisi Yalçın Manaflı deyib: “Federasiyamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Oyunlarda ölkəmizin layiqincə təmsil edilməsi üçün kifayət qədər peşəkar idmançılarımız var. Onların “Bakı-2017”də iştirakı nəzərdə tutulur. Hazırda isə hazırlıqlar gedir, həmçinin İslam Həmrəyliyi Oyunlarına hazırlaşan idmançılarımız bir neçə turnirdə iştirak edəcəklər. İnanıram ki, “Bakı-2017”də idmançılarımız yaxşı nəticələr qazanacaqlar”.