BAKI VƏ HYUSTON ŞƏHƏRLƏRİNİN QARDAŞLAŞMASINDAN 30 İL KEÇİR
ABŞ-ın energetika sənayesi və beynəlxalq ticarət mərkəzi, eləcə də iri liman kimi tanınan Hyuston həm də geniş Azərbaycan icmasının yaşadığı yerlərdən biridir. Ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev bu günlərdə Hyustona səfər edərək, diasporumuzun üzvləri ilə görüşmüş, Hyuston şəhərinin rəsmiləri ilə müzakirələr aparmışdır.
Hafiz Paşayev səfər təəssüratı barədə AZƏRTAC-ın müxbirinə demişdir: “Bu gün Hyustonda yaşayan Azərbaycan icması daha fəaldır və daha yaxşı təşkilatlanmışdır. Bakı kimi Hyuston da neft sənayesi mərkəzi imicini qorusa da, qeyri-neft sahələrində də ən müasir texnologiyalar tətbiq edərək xeyli irəliləyibdir. Zənnimcə, bu mənada Bakının Hyustondan öyrənəcəyi çox şey var. Gələn il qardaşlaşmış şəhərlər Assosiasiyasının işini fəallaşdırmaqla biz, hər iki şəhəri bir-birinə daha da yaxınlaşdıracayıq”.
Hafiz Paşayev Hyustona səfəri çərçivəsində Dünya Ticarət Təkilatının bölmə prezidenti Cef Mosili ilə görüşmüşdür. Söhbət zamanı tərəflər Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşəbbüslərinin həyata keçirilməsini, habelə ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlığın gücləndirilməsini dəstəklədiklərini bildirmişlər.
Hyuston şəhərinin meri Bill Uayt isə Azərbaycan səfirinə ünvanladığı məktubda ikitərəfli münasibətlərə təkan kimi Hyustonda Azərbaycan Respublikasının konsulluğunun açılması, Bakı və Hyuston şəhərlərinin icra hakimiyyətləri arasında əlaqələrin genişləndirilməsi zərurətini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]