Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA “AQROBİZNES İNVESTİSİYA” BEYNƏLXALQ KONFRANSI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 30-da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Mərkəzi və Şərqi Avropa üzrə Kənd Təsərrüfatı və Aqrobiznes Təşkilatı (East Agri Network) Bakıda “Aqrobiznes investisiya” beynəlxalq konfransı keçirmişlər.

Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoymuşlar.

Sonra onlar Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yad edərək, məzarları üzərinə gül düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Konfransı kənd təsərrüfatı naziri İsmət Abasov açaraq məlumat vermişdir ki, tədbirdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclisin daimi komissiyalarının sədrləri, bir sıra dövlət qurumlarının, müxtəlif bankların və şirkətlərin rəhbərləri, FAO-nun Avropa üzrə regional ofisinin siyasi məsələlər üzrə eksperti Yehle Raymond, Mərkəzi və Şərqi Avropa üzrə subregional ofisinin siyasi məsələlər üzrə eksperti Tomas Lonq, beynəlxalq ekspertlər, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Dünya Bankının, GTZ-nin, TİKA-nın, USAİD-in nümayəndələri iştirak edirlər.

Nazir ölkəmizdə aqrar sahədə qazanılan uğurlarda bir sıra donor ölkələrin, beynəlxalq maliyyə qurumları və təşkilatlarının, o cümlədən FAO-nun həyata keçirdikləri layihələrin rolunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, respublikamızın FAO-ya üzv olduğu 11 il ərzində bu təşkilatın texniki yardımı və maliyyə dəstəyi ilə kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsinə, bazar iqtisadiyyatının əsaslarının və sahibkarlıq vərdişlərinin təkmilləşdirilməsinə, aqrar sahənin digər vacib problemlərinə həsr olunmuş 7 layihə həyata keçirilir. FAO-nun baş direktoru Jak Diufun ölkəmizə ötənilki səfərindən sonra bu təşkilatla əlaqələr daha da canlanmışdır. Azərbaycanda FAO-nun texniki yardımı və maliyyə dəstəyi ilə 2006-2007-ci illərdə ipəkçiliyin, camışçılığın, arıçılığın inkişaf etdirilməsinə, aqromarketinqin təşkilinə Ağdam rayonunda yeni salınmış qəsəbələrdə məcburi köçkünlər üçün imkanlar yaradılmasına, zəruri malların istehsalı və satışına dair 6 layihə hazırlanmışdır. FAO-nun təşəbbüsü ilə bu layihələrin həyata keçirilməsi istiqamətində də işlər görülür.

Nazir əmin olduğunu bildirmişdir ki, konfrans Azərbaycanda kənd təsərrüfatına və emal sənayesinə investisiya qoyuluşu imkanlarının təkmilləşdirilməsi və genişləndirilməsinə, aqrobiznes bölməsinin inkişafına təkan verəcəkdir.

Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxumuşdur.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Xarici İşlər Nazirliyi İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəisi Əşrəf Şıxəliyev, ekspert Yehle Raymond çıxış etmişlər.

Sonra “Azərbaycanda aqrobiznes sektorunun icmalı”, “Kredit mənbələri və aidiyyətı xidmətlər”, “Müvəffəqiyyətli investisiya layihələri” bölmələrində müxtəlif məruzələr dinlənilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rafiq Məcidov “Azərbaycanda aqrobiznes sektorunun keçmiş və hazırkı fəaliyyətinin icmalı” mövzusunda məruzəsində 1990-cı ilin əvvəllərində SSRİ-nin dağılması, dövlətlərarası iqtisadi əlaqələrin pozulması, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində milli iqtisadiyyatın, o cümlədən aqrar-sənaye kompleksinin dərin böhran vəziyyətinə düşdüyünü xatırlatmışdır. Eyni zamanda bildirmişdir ki, 1995-ci ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar sayəsində aqrar bölmədə yeni mülkiyyətçilər yaranmış, istehsalın yeni strukturu formalaşmışdır və hazırda kənd təsərrüfatı məhsulları istehsalının 99,7 faizi artıq özəl bölmənin payına düşür. Respublikada kənd təsərrüfatının ümumi məhsulunun artım sürəti 1999-2005-ci illərdə sabit olaraq hər il 7-12 faiz təşkil etmişdir. 1995-ci ilə nisbətən 2005-ci ildə ölkədə taxıl istehsalı 2,3, kartof istehsalı 7, tərəvəz istehsalı 2,7, meyvə istehsalı 2 dəfə, ət istehsalı 82 faiz, süd istehsalı 52, mal-qaranın sayı 65 faiz artmışdır. Ölkənin ixrac potensialı yüksəlmiş, son illərdə meyvə-tərəvəzin, emal məhsullarının, pambıq mahlıcının, kartofun və s. ölkədən ixracı artmış, ənənəvi olaraq ölkəyə idxal edilən ət və süd məhsullarının miqdarı isə azalmışdır.

Sahibkarlığa Kömək Milli Fondundan kənd istehsalçılarına texnika və mineral gübrələrin alınması üçün 2005-ci ildə 20 milyon AZN, 2006-cı ildə 30 milyon AZN vəsait ayrılmışdır. 2001-2005-ci illərdə kəndin inkişafı üçün bir sıra dövlət proqramları imzalanmış və həyata keçirilməkdədir.

Nazirliyin Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimovun “Azərbaycanda aqrobiznesin mövcud vəziyyəti, potensialı” mövzusunda məruzəsində aqrobiznes sahəsində qanunvericilik, görülən işlər, beynəlxalq təcrübə, aqrobiznesin mövcud problemləri, aqrobiznesin inkişaf potensialı haqqında danışılmışdır.

FAO-nun beynəlxalq məsləhətçisi Ernest Besenin, Mərkəzi və Şərqi Avropa üzrə subregional ofisinin təmsilçisi Tomas Lonqun, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Emin Məmmədovun məruzələri, Milk Pro Ltd, İtal Fromage şirkətlərinin, Azersun Holdinqin, Tovuz-Baltiya MMC-nin rəhbərlərinin çıxışları, Azərbaycanda aqrobiznes sektorunda Beynəlxalq Maliyyə Korporasiyasının və Dünya Bankının fəaliyyəti haqqında məlumatlar da maraqla qarşılanmışdır.

Aqrobiznes sahəsinə cəlb olunmuş yerli bankların rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO