Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ASAİF-in XII Forumu keçirilib VİDEO

Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 5-də Bakıda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumda çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli HƏSƏNOV dedi:

- Hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı.

Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi.

Ulu öndərimiz bütün fəaliyyəti dövründə gənclərimizin hərtərəfli inkişafına, o cümlədən yaxşı təhsil almalarına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz gəncliyin yüksək təhsil almasında və maariflənməsindədir.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatmışdır. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə çatmışdır.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı.

2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi.

Dövlətimizin başçısı Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır.

Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını səmərəli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər.

Bu gün gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. Dövlət qeydiyyatına alınmış 300-dən artıq gənclər təşkilatımız mövcuddur. Bu gün həmin təşkilatlardan birinin - ASAİF-in növbəti forumudur.

Xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması bizim üçün önəmli məsələlərdəndir. Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılıb.

Söhbət xaricdəki gənclərin şəbəkələşməsindən və təşkilatlanmasından getdikdə, ilk növbədə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsis etdiyi və rəhbəri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyini (RAGB) nümunə göstərmək olar. O, Rusiya Federasiyasının bütün subyektlərində və ali təhsil müəssisələrində vahid bir şəbəkə yaradaraq səmərəli fəaliyyət mexanizmini qurmağa nail olub. RAGB çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması ətrafında sıx birləşdirir, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Fürsətdən istifadə edib, xaricdə təhsil alan və məzun olmuş gənclərimizə bir neçə tövsiyəmi çatdırmaq istərdim:

- Cənab Prezidentin Beyləqan Gənclər Mərkəzinin açılışındakı çıxışında qeyd etdiyi kimi, qabaqcıl ölkələrin inkişaf tarixçəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər;

- Gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar;

- Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən əlaqələndirilməlidir. Sözügedən qrupların əsas işi diaspor və lobbiçilik olmalıdır;

- Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal altındakı torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərdə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar;

- Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zənginliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir. Xarici auditoriya ölkəmizi yalnız münaqişə yaşayan ölkə kimi yadda saxlamamalı, onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini və s. tanımalıdır;

- Xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm-fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaşdırılmasına ciddi təsir edə bilər;

- Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə xidmət edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdırlar.

Yeni çağırışlarla və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır. Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimizin üzərinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspor işlərinə daha çox diqqət ayırmalıdır.

X X X
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl CABBAROV ölkədə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışdı. Nazir bildirdi ki, əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu tərəqqi təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır. Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramları çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Nazir bildirib ki, dövlət proqramı çərçivəsində bu tədris ili üçün 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib. Seçim prosesi tam yekunlaşmadığı üçün bu rəqəm arta da bilər. Qeyd edilib ki, əvvəlki illərlə müqayisədə seçim daha böyük rəqabət mühitində keçib. Ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələblərin təklifləri nəzərə alınaraq dövlət proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Dövlət proqramı üzrə islahatlar bundan sonra da davam edəcək və tələbələrin təklifləri nəzərə alınacaq.

M.Cabbarov vurğulayıb ki, bu proqram çərçivəsində xaricdə təhsil almış məzunların bir çoxu ölkədə müxtəlif dövlət təşkilatlarında və özəl qurumlarda ixtisasları üzrə çalışır, bəziləri isə təhsillərini növbəti pillələrdə də davam etdirirlər. Ümid edirik ki, tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcək, Azərbaycanın inkişafına töhfə verəcəklər.

Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra Vətənə qayıtmasının vacibliyinə toxunan nazir məzunların işlə təmin edilməsi istiqamətində də artıq müəyyən imkanların yaradıldığını deyib. Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli təşkili istiqamətində işlər görülür.

Gənclər və idman naziri Azad RƏHİMOV ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadıqlarını bildirdi. O, qeyd etdi ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır.

Azad Rəhimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almalarına xüsusi önəm verir. Bu, ölkəmizin inkişaf prioritetlərindən biridir. Bu siyasətin dərin kökləri vardır. Hələ 1970-1980-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın daha parlaq gələcəyi üçün minlərlə tələbənin keçmiş sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilməsini təmin edib.

Nazir deyib ki, bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Gənclərin savadının artması, peşəkar mütəxəssis olmaq istəyi sevindirici haldır. Gənclərlə bağlı keçirilən tədbirlərdə, forumlarda ölkəmizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fəal iş aparılmalıdır.

Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı bir fikir xüsusi vurğulandı ki, xaricdə təhsil alan tələbələr və məzun olmuş gənclər yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqincə təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidirlər.

ASAİF-in idarə heyətinin üzvü Fariz CƏFƏROV çıxış edərək bildirdi ki, XII Forumda Böyük Britaniya, Türkiyə, Almaniya, Fransa Avstraliya, İsveçrə, Rusiyada təhsil alan 300-dən çox tələbə və məzun iştirak edir.

F.Cəfərov diqqətə çatdırdı ki, XII Forumun məqsədi Azərbaycan Respublikasının qarşısında duran yeni çağırışlarla əlaqədar ASAİF-in fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün rəy və təklifləri dinləyib müzakirə etmək və yeni istiqamətləri müəyyənləşdirməkdir. Bildirildi ki, ASAİF üzvləri müasir tələblərə cavab verən “bilik cəmiyyəti” və “bilik iqtisadiyyatı” qurulması işinə əməli dəstək verməli, bu prosesdə yaxından iştirak etməlidirlər. Onlar ölkənin ictimai həyatı ilə daha yaxından maraqlanmalı, dövlət quruculuğu prosesinə müsbət töhfə verməlidirlər. Bunun üçün ASAİF-in idarəetmə modeli yenilənməli, strateji plan hazırlanmalı, yeni hədəflər müəyyənləşdirilməli, təşkilatlanma işinə daha ciddi fikir verilməlidir.

Vurğulandı ki, dövlətimizin maraqlarının beynəlxalq aləmdə qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması, zəngin Azərbaycan mədəniyyəti və tarixinin təbliği gənclərimizin əsas vəzifələri olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir