Bakıda beynəlxalq həndbol turniri davam edir
Bakı, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkə çempionu “Bakı” ilə “Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz “Məhsul” isə Gürcüstanın U-20 komandasını məğlubiyyətə uğradıb - 30:26.
Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. “Bakı” Gürcüstanın U-20 komandasına 36:34, “Məhsul” isə “Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.
Xatirə turnirinə mayın 11-də yekun vurulacaq. Yarışın sonuncu günü “Batumi” kollektivi Gürcüstanın U-20 komandası ilə, “Bakı” həndbolçuları isə “Məhsul”la üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]