BAKIDA “CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT” PROQRAMI İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarı Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SKAD) Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev açaraq, proqramın respublikada 2001-ci ildən fəaliyyət göstərdiyini söylədi. Natiq proqramın əsas istiqamətlərindən birinin Azərbaycan hökumətinə hüquqi yardım göstərmək, narkotiklərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara yaxından kömək etmək olduğunu vurğuladı.
Azərbaycan hökuməti adından çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bəşəriyyətin XXI əsrin əvvəllərində rastlaşdığı terrorizm, qul alveri kimi sərhəd tanımayan cinayətlərin arasında insanların varlığına təhlükə yaradan ciddi problemlərdən birinin narkomaniya olduğunu qeyd etdi, bu bəlaya qarşı mübarizənin dövlətlərin əsas vəzifələrindən biri olduğunu söylədi.
BMT-nin İnkişaf Proqramı və Avropa Şurasının nümayəndələri narkomaniyaya qarşı mübarizədə Azərbaycan hüquq mühafizə orqanlarına uğurlar arzuladı və seminar iştirakçılarını fikir mübadiləsində fəal olmağa çağırdılar.
BMT-nin narkotiklər və cinayətkarlıq üzrə Mərkəzi Asiyadakı Regional Ofisinin baş məsləhətçisi Olqa Zudova narkomaniyaya qarşı mübarizədə dünya dövlətlərinin bir araya gəlməsinin başlıca amil olduğunu bildirdi. Tacikistanda keçən il təkcə 6 ton heroin tutulduğunu və sərhəddən keçən bütün narkotiklərin ancaq 10 faizinin müsadirə olunduğunu söyləyən natiq narkomaniyaya qarşı qəti mübarizə aparılmasının vacibliyini vurğuladı.
Seminar öz işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]