Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA HƏRBÇİLƏR ARASINDA BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATININ TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, noyabrın 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatının rəsmi açılışı olmuşdur.

Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, ABŞ, Barbados, Belarus, Bolqarıstan, Əlcəzair, Fransa, Hindistan, İtaliya, Konqo, Qvineya, Latviya, Misir, Niderland, Özbəkistan, Sloveniya və Şri-Lanka boksçuları da mübarizə aparırlar.

Yarışda Azərbaycan 11 idmançı ilə təmsil olunur.

Açılış mərasimində Azərbaycanın dövlət himni səslənmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yarış iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını və salamlarını çatdırmışdır.

Nazir demişdir ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin - hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatının açılışının şahidi oluruq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərlik edəndən sonra ölkəmizdə idman və bədən tərbiyəsi sürətlə inkişaf etməyə başlamışdır.

Səfər Əbiyev vurğulamışdır ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış etmişlər.

Hərbçilərin fiziki hazırlığından danışan nazir bildirmişdir ki, hər il Silahlı Qüvvələrin şəxsi heyəti arasında idmanın 14 növü üzrə yarışlar keçirilir. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) idmanın 26 növü üzrə bölmələr fəaliyyət göstərir.

Nazir vurğulamışdır ki, hərbçilərin cüdo üzrə 30-cu və güləş üzrə 24-cü dünya çempionatlarından sonra yenidən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) qərarı ilə belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycan idmançılarının, o cümlədən ordu idmançılarının dünya idman aləmində nüfuzunun artdığını göstərir. Hərbçilər arasında boks üzrə dünya çempionatı MDB məkanında ilk dəfə olaraq Azərbaycanda keçirilir. 2010-cu ildə ölkəmizdə hərbçilərin güllə atıcılığı üzrə dünya çempionatının keçirilməsi nəzərdə tutulmuşdur.

MOİK-in 1995-ci ildən CİSM-in üzvü olduğunu deyən nazir bildirmişdir ki, bu il keçirilən yerli və beynəlxalq yarışlarda klubun idmançıları 31 qızıl, 38 gümüş və 52 bürünc medal qazanmışlar.

Səfər Əbiyev yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan etmişdir.

Mərasimdə çıxış edən CİSM-in baş katibi, polkovnik Mişel Van Meurs bildirmişdir ki, təmsil etdiyi qurum hər il hərbçilər arasında idmanın müxtəlif növləri üzrə dünya çempionatları keçirir.

Baş katib vurğulamışdır ki, Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərilir. İdmana bu cür qayğı Azərbaycana böyük uğurlar gətirəcəkdir. Azərbaycan idmançıları Pekin Olimpiya Oyunlarında 7 medal qazanmışlar. Həmin idmançılardan 3-ü hərbçidir. Ümumiyyətlə hər bir olimpiya oyunlarında qazanılan medalların 25 faizinin sahibi hərbçilərdir.

Mişel Van Meurs diqqətə çatdırmışdır ki, 131 ölkə CİSM-in üzvüdür. Bu təşkilat “Sülh naminə dostluq” devizi altında hərbçiləri bir araya gətirir. Azərbaycan Prezidenti İlham Əliyev bizim təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Əminəm ki, hərbçilərin boks üzrə 52-ci dünya çempionatı uğurla başa çatacaqdır.

Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, bu çempionatın zəngin idman ənənələri və tarixi ilə dünyada məşhur olan Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Azərbaycanın olimpiya hərəkatında mütəşəkkil iştirakı, idmançıların göstərdiyi yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə bərabər, həm də ölkəmizdə idmana dövlət qayğısının təzahürüdür. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Nazir vurğulamışdır ki, Azərbaycan təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm idman yarışlarının təşkilindəki nailiyyətləri ilə məşhurdur. Bir sıra beynəlxalq idman qurumları dünya səviyyəli yarışların bizim ölkədə keçirilməsinə tərəddüdsüz razılıq verir. Bu onu göstərir ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər.

Azərbaycanda boksun zəngin ənənələri olduğunu xatırladan nazir demişdir ki, boksçularımız dünya miqyaslı yarışlarda ölkəmizi həmişə ləyaqətlə təmsil etmişlər.

A.Rəhimov qeyd etmişdir ki, bu gün Bakıda start götürən dünya çempionatına 17 ölkədən 120-yə yaxın idmançının qatılması mübarizənin gərgin keçəcəyindən xəbər verir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan boksçuları bu çempionatda da yüksək nəticələr göstərəcəklər.

Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər