Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA NÖVBƏTİ YOL QOVŞAĞI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2006-cı il 1 fevral tarixli Sərəncamına əsasən, paytaxtda inşa edilməli olan 9 yol qovşağından daha biri martın 19-da istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Paytaxtın 20 Yanvar dairəsində - Tbilisi prospekti ilə Həsənbəy Zərdabi küçəsinin kəsişməsində tikilmiş müxtəlif səviyyəli yol qovşağının açılışına toplaşan inşaatçılar və şəhər sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar. Dövlətimizin başçısına gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev yol qovşağının layihəsinə, tikinti prosesini əks etdirən şəkillərə baxdı, habelə Tbilisi prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən müxtəlif səviyyəli yol qovşağının sxemi ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov “Azərkörpü” Səhmdar Cəmiyyətinin tikdiyi yol qovşağının göstəriciləri barədə məlumat verdi. O bildirdi ki, mürəkkəb mühəndis-texniki qurğu olan yol qovşağının təməli 2006-cı ilin aprelində qoyulmuşdur. Bura 8 dairəli müxtəlif səviyyəli yol qovşağı - körpü və tuneldən ibarətdir. İşlər iki mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə inşa olunan körpü-keçidin uzunluğu 1,12 kilometr, o cümlədən yolötürücü 290 metr, yanaşmalar 830 metr, istinad divarları 523 metr təşkil edir. Körpü-keçidinin smeta dəyəri 24,1 milyon manatdır. O cümlədən yolötürücüsünün tikintisinə 11,5 milyon manat, yanaşma yollarına 6,7 milyon, abadlaşdırma və işıqlandırma işlərinə 1,1 milyon manat, kommunikasiyalar üçün 2,3 milyon manat və digər işlərə 2,5 milyon manat xərclənmişdir. Bütövlükdə yol qovşağının smeta dəyəri 31,5 milyon manatdır. İkinci mərhələdə görülən işlərə 7,4 milyon manat sərf olunmuşdur. Monolit dəmir-beton işlərinin həcmi 23 min 290, yığma dəmir-beton işlərinin həcmi 4 min 995 kubmetrdir.
Z.Məmmədov vurğuladı ki, Rusiyanın Nəqliyyat Akademiyasının mütəxəssisləri körpünün davamlılığını yoxlamışlar. Bütün işləri yerli mütəxəssislər yerinə yetirmişlər. Xarici şirkətlərə ehtiyac qalmamışdır. Əgər bu işi Avropa şirkətləri görsəydilər, tikinti üç dəfə baha başa gələcəkdi. Aparılan xüsusi araşdırma göstərdi ki, körpü müasir standartlara cavab verir, çox davamlıdır, yükgötürmə qabiliyyəti layihədə nəzərdə tutulduğundan çoxdur. Layihədə müəyyən dəyişikliklər edilmiş, yeni qovşaqlar yaradılmış, yolların uzunluğu, hündürlüyü ilə bağlı əlavə düzəlişlər olmuşdur. Burada təhlükəsizlik zolağı da nəzərə alınmışdır. Nazir nəqliyyat problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirdi və qarşıdan gələn Novruz bayramı münasibətilə nəqliyyatçılar adından təbrik etdi.
Dövlətimizin başçısına aeroport istiqamətində çəkiləcək körpünün maketi hədiyyə olundu.
Prezident İlham Əliyev körpünün ümumi görünüşünün, işıqlandırma sisteminin gözəl və müasir olduğunu bildirdi. O, rəmzi açılışı bildirən lenti kəsdi və buraya toplaşan inşaatçılara və sakinlərə müraciətlə dedi:
- Sizi bu körpünün açılışı münasibətilə təbrik edirəm. Çoz gözəl körpüdür. Siz bunu çox qısa müddətdə inşa etmisiniz və Bakının nəqliyyat probleminin həlli üçün böyük işlər görmüsünüz. Həm xarici görünüşü gözəldir, həm də bütövlükdə keyfiyyəti çox yüksək səviyyədədir. Çox sevindiricidir ki, bu gözəl işi yerli şirkət görübdür. Bakıda bir, iki yerdə yox, doqquz yerdə belə gözəl körpülərin tikintisinə başlanmışdı. İkisi bundan əvvəl, ikisi də bu gün, bayram ərəfəsində istismara verildi. Ona görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Çox yaxşı işləmisiniz. Bundan sonra da Bakıda və Azərbaycanda çox işlər - tikinti, quruculuq, abadlıq işləri görüləcəkdir. Ona görə artıq sizin şirkətinizin də böyük imkanları var, gələcəkdə böyük layihələrdə iştirak edəcəkdir.
Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
İnçaatçılar və sakinlər dövlətimizin başçısını bahar bayramı münasibətilə təbrik etdilər, Bakının müasirləşdirilməsinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirdilər.
X X X
Sonra Prezident İlham Əliyev körpünü gəzdi və tunelin yerləşdiyi əraziyə gəldi. Tunelin divarına “Yolötürücü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2006-2007-ci ildə inşa edilmişdir” sözləri yazılmış xüsusi lövhə vurulmuşdur.
Dövlətimizin başçısına paytaxtımızın Tbilisi prospektində inşa olunmuş tunelin göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, burada 1280 metrlik yolun 332 metri tuneldən keçir. Yolötürücünün tamamlanması ölkəmizin şimal istiqamətində nəqliyyatın şəhərə giriş-çıxışının asanlaşmasında, nəqliyyat axınının intensiv olduğu bu ərazidə hərəkətin tənzimlənməsində və bütövlükdə paytaxtın nəqliyyat probleminin həllində mühüm rol oynayacaqdır. Bu layihədə nəqliyyatın hərəkəti tunelə salınaraq, fasiləsizlik təmin olunmuş, tunelin üzərində qurulmuş qovşaq nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmışdır. Bağlantı qollar sayəsində nəqliyyatın hər tərəfə sərbəst hərəkəti təmin olunmuşdur.
Tunel ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hər tərəfdə üç hərəkət zolağı vardır. Uzunluğu 332 metr, eni 30 metr, hərəkət zolağının eni 25,5 metr (hər birinin eni 12,75 metr olan iki istiqamətli yol), hündürlüyü 5,5 metrdir. Ayırıcı zolağın eni 3 metr, hər iki tərəfdə səkilərin eni 0,75 metrdir. Kənar yollar və digər yollarla 3 min 120 metr uzunluğunda bağlantılar inşa edilmişdir. Tunelin istinad divarları ilə birlikdə uzunluğu 986 metrdir. Tikinti-quraşdırma işləri zamanı uzunluğu 16,20 metr olan 398 ədəd yığma dəmir-beton tirlər quraşdırılmış, 1133 ədəd dirək vurulmuşdur. 25 min 685 kubmetr optimal çınqıl qarışığı, 18 min 115 kubmetr fraksiyalı qırmadaş, 35 min 500 ton asfalt-beton və 12,1 min kubmetr betondan istifadə edilmişdir. Tunel və köməkçi yollarda işıqlandırma, ventilyasiya, yanğından təhlükəsizlik, siqnalizasiya, rabitə və kamera sistemləri quraşdırılmışdır. Tikinti işləri zamanı 8 müxtəlif mühəndis-kommunikasiya xətləri köçürülmüşdür. 30 illik inşaat təcrübəsi olan Türkiyənin “Kolin” şirkəti tunelin tikintisini 10 aya başa çatdırmışdır.
Azərbaycan Prezidenti tunelin rəmzi açılışını bildirən lenti kəsdi, xatirə şəkli çəkdirdi və piyada gəzərək tunellə tanış oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər