Bakıda qətl törətməkdə şübhəli bilinən tələbə saxlanılıb
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci il təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan araşdırmalarda cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən Rəşad Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]