BAKIDA TÜRKİYƏ SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞI

Sonra Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt xanımları ilə birlikdə Türkiyənin dövlət bayrağını qaldırdılar, rəmzi açılışı bildirən lenti kəsdilər. Sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar və səfirliyin binası ilə tanış oldular. Məlumat verildi ki, “Cenay” şirkəti tərəfindən inşa olunan binanın tikintisində həm Azərbaycan, həm də Türkiyədən gətirilən materiallardan istifadə edilmişdir. Səfirlik inzibati, konsulluq şöbəsi, texniki heyət üçün binalar, sərgi salonu, qonaq evi və səfirin iqamətgahı olan dörd korpusdan ibarət kompleksdir. Kompleksin inşasına təqribən 6,5 milyon dollar vəsait xərclənmişdir.Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan binaları gəzdilər, səfirliyin əməkdaşlarına uğurlar dilədilər.