BAKIDA UKRAYNA-AZƏRBAYCAN TİCARƏT VƏ DOSTLUQ EVLƏRİ AÇILMIŞDIR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzülmüşdür.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmış, məzarları önünə gül dəstələri qoymuşlar.
Həmin gün İçərişəhərdə “UkrAzNafta” Ukrayna-Azərbaycan Ticarət və Dostluq evlərinin açılışı olmuşdur. Əvvəlcə, Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.
Ukraynanın ölkəmizdəki səfiri Stepan Volkovetski və Baş nazirin birinci müavini Abbas Abbasov çıxış edərək, yeni açılan mərkəzlərin xalqlarımız və dövlətlərimiz arasındakı iqtisadi və mədəni münasibətlərin inkişafına öz töhfələrini verəcəyini bildirmişlər.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinaxın təbrik məktubu oxunmuşdur.
Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müşaviri Aleksandr Diçekin, hər iki ölkənin dövlət orqanları əməkdaşlarının, iş adamlarının, Milli Məclis deputatlarının iştirak etdiyi tədbirdə Baş nazirin birinci müavini Abbas Abbasov və Ukraynanın Bakıdakı səfiri Stepan Volkovetski açılışı bildirən qırmızı lenti kəsmişlər.
Mərasim iştirakçıları hər iki mərkəzlə tanış olmuşlar.