Bakıdakı Rus evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda leksiya olacaq
Bakı, 11 dekabr, AZƏRTAC
“Bakı haqqında” layihəsi çərçivəsində dekabrın 15-də Bakıdakı Rus evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda leksiya olacaq. Tədbirin təşkilatçıları qismində Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıdakı Rus evi çıxış ediblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, leksiyanın gedişində arzu edənlərin hamısına dahi müğənni, bəstəkar, SSRİ Xalq artisti və Azərbaycan SSR Xalq artisti Müslüm Maqomayevin ölkə mədəniyyətinə verdiyi töhfə barədə müfəssəl məlumat veriləcək.
Müslüm Maqomayev öz xalqına və doğma torpağına dərindən bağlı olan əsl vətənpərvər idi. Bunun ən parlaq nümunələrindən biri onun tez-tez planetimizin istənilən guşəsində keçirilən konsertlərini unudulmaz “Azərbaycan” mahnısı ilə başlaması və onunla da yekun vurması olub.
Tədbir saat 19:00-da başlayacaq. Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]