BALAKƏNDƏ NÖVBƏTİ ƏMƏK YARMARKASI
Sentyabrın 5-də Balakəndə növbəti əmək yarmarkası keçirilmişdir.
Rayon məşğulluq mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yarmarkaya rayonda fəaliyyət göstərən 35 müəssisə və təşkilatdan 197 boş iş yeri çıxarılmışdır. Təhsil şöbəsi, “Dərya” fındıq emalı müəssisəsi, “Balacans” MMC yarmarkaya daha çox boş iş yeri çıxaran müəssisələr sırasına daxil olmuşlar. Yarmarkanın yekununda 63 nəfər işə göndəriş əldə etmişdir. Bundan əlavə, 12 nəfər peşə hazırlığı kursuna, 12 nəfər isə haqqı ödənilən müvəqqəti xarakterli ictimai işlərə cəlb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]