Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Balakən, 18 oktyabr, AZƏRTAC
Bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:49]
Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO
- 04.06.2026 [17:40]
Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
- 04.06.2026 [17:21]
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO
- 04.06.2026 [15:44]
Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
- 04.06.2026 [15:24]