BALAKƏNDƏ ÖZƏL AMBULATORİYA TİKİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni səhiyyə ocağında on nəfər yüksək ixtisaslı həkim və tibb işçisi müvafiq işlə təmin olunacaqdır. Burada xəstələrin müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılacaq, tibbi müayinə kabinetləri müasir avadanlıqlarla təchiz ediləcək, xidmətin səviyyəsi yüksək standartlara çatdırılacaqdır.
Ümumiyyətlə, Balakəndə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait iş adamlarının ürəyincədir. Hazırda rayonda özəl müəssitsələrin tikintisinə maraq xeyli artmışdır. İnşa edilən yeni binalar memarlıq baxımından da əvvəlkilərdən xeyli fərqlənir, şəhərə xüsusi yaraşıq, görkəm verir. Şəhərin mərkəzində inşa edilməkdə olan yeni İnternet- klubun tikintisi də hazırda sürətlə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]