Balakənin dağ çaylarında yeni bəndlər tikilir
Balakən, 5 avqust (AZƏRTAC). Balakən rayonunun Şərif kəndinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədi ilə İnter çayının sahilində 481 metr uzunluğunda daş-beton bənd tikilir.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə “Əfqan” firması tərəfindən inşa olunan bəndin 200 metrlik hissəsinin tikintisi yekunlaşmışdır. Bütövlükdə isə tikintinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.
Yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə rayon ərazisindən keçən dağ çaylarında ilboyu sahilbərkitmə işləri aparılır. Bu ilin ötən dövründə Mazımçayın gömrük postunun ərazisindəki hissəsində 200 metr uzunluğunda daş-beton bənd tikilmişdir. Bundan əlavə, idarə tərəfindən Balakənin daş-beton bəndlərində 315 kubmetr həcmdə təmir işləri aparılmış, çay məcralarının lildən təmizləməsi işləri həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]