REGİONLAR
Balakənli məktəblilər Ulu Öndər Heydər Əliyevin irsini öyrənirlər
![](/files/galleryphoto/2023/1/1200x630/167774925280056347_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16777492524133025041_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677749252733937161_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16777492523716531092_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677749252323907088_1200x630.jpg)
Balakən, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC
Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Balakən Rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda açıq dərslər davam edir. Dərslərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, dahi rəhbərin zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. “Heydər Əliyev İli” çərçivəsində müəyyən olunmuş mövzular üzrə keçirilən dərslərdə indiyədək rayonun 18 ümumtəhsil məktəbinin 403 nəfər XI sinif şagirdi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva məlumat verib.
Bildirilib ki, təcrübəli müəllimlərin tədris etdiyi açıq dərslərdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlar barədə ətraflı məlumat verilir.
Tədris prosesində şagirdlər, həmçinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənəd və fotoşəkillərlə də tanış olurlar.