“BANK OF AZERBAİJAN”IN SƏHMLƏRİ YERLƏŞDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Bank of Azerbaijan”ın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır.
Emissiyanın ümumi məbləği 10 milyon, bir səhmin nominal dəyəri isə 20 manatdır. Təminatçı kimi “Respublika İnvest” MMC çıxış edir.