ELM VƏ TƏHSİL
BANM-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi Fəxri xiyabanı ziyarət edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbin kollektivi Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.