“Barselona”nın yeni prezidenti 12 saata 110 min nəfər tərəfindən seçiləcək
Bakı, 15 dekabr, AZƏRTAC
“Barselona” futbol klubunun yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 24-də saat 09:00-dan 21:00-dək keçiriləcək.
AZƏRTAC xəbər verir ki, klubun tarixində ilk dəfə olaraq prezident seçkiləri COVID-19 pandemiyası ilə əlaqədar sanitariya normaları səbəbindən bir yox, on fərqli seçki məntəqəsində təşkil olunacaq. Təxminən 110 min nəfər səsvermə hüququna sahib olacaq, onların 93 faizi Kataloniyada, 4 faizi İspaniyada, 3 faizi isə xaricdə yaşayanlardır.
Seçki komissiyası üzvlərinin müəyyənləşdirilməsi üçün püşkatma mərasimi dekabrın 16-da baş tutacaq. Dekabrın 23-də seçkilərdə iştirak etmək üçün namizədlərin müraciətlərinin qəbulu aparılacaq. Namizədlik üçün imza toplanması prosesi dekabrın 23-dən yanvarın 11-dək aparılacaq. Ən azı 2257 imza toplayan namizəd seçkilərdə iştirak hüququ qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]