Baş nazir: Gürcüstanın dövlət qulluqçularının 80 faizi məsafədən iş rejimində çalışacaqlar
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstanda epidemioloji vəziyyət heç də asan deyil, çətindir, lakin idarə olunandır. Hökumət vəziyyəti nəzarətdə saxlamaq üçün bütün mümkün tədbirləri görür.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxariya Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.
Baş nazir deyib ki, sentyabr ayında siyasi proseslərə görə pandemiyanın idarə edilməsində bəzi güzəştlərə gedilib. İndi əsas vəzifə Gürcüstanı epidemioloji vəziyyət baxımından avqusta qədər olan səviyyəyə qaytarmaqdır. Bunun üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bu məhdudiyyətlərdən biri də dövlət qulluqçuları ilə bağlıdır.
Onun sözlərinə görə, noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 faizi məsafədən (distant) iş rejimində fəaliyyət göstərəcək.
O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.
G.Qaxariya növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]