Baş Prokurorluğun sosial şəbəkələrdəki daha bir səhifəsi rəsmi olaraq təsdiqlənib
Bakı, 12 fevral, AZƏRTAC
Baş Prokurorluğun sosial şəbəkələrdəki daha bir səhifəsi rəsmi olaraq təsdiqlənib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə operativ şəkildə çatdırılmasını təmin etmək üçün “Facebook”, “Instagram”, “Twitter”, “YouTube”, “Telegram” sosial şəbəkələrindən istifadə edir.
Fevralın 11-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Telegram” kanalı rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib.
Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan Respublikası Baş Prokurorluğunun “Facebook” səhifəsi, cari il yanvarın 21-də isə “Instagram” səhifəsi rəsmi olaraq mavi nişanla təsdiq edilib.
“Təsdiqlənmiş səhifə” (Verified Page) mənasını bildirən mavi nişan orijinal səhifəni saxta səhifələrdən ayırd etməyə imkan verir.
Məsələ ilə bağlı Baş Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan “Telegram” kanalının rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənməsinə “SaMedia Agentliyi” tərəfindən kömək göstərildiyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]