Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluğun yeni inzibati bina kompleksinə media-tur təşkil edilib YENİLƏNİB VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən yeni inzibati bina kompleksinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təşkil olunan mediaturun məqsədi yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatura rəhbərlik edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşasının davam etdirildiyi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, inşasına 2018-ci ildə başlanılan kompleksin fevralın 8-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Əməkdaşların səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına da xidmət edir.

K.Zeynalov bildirib ki, dörd korpusdan ibarət kompleksin altı və dördmərtəbəli iki inzibati binasında Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan iki binasında isə yataqxana və konfrans korpusları yerləşir.

Bildirilib ki, bina kompleksi səkkiz sürətli lift, ehtiyat işıq generatoru, müasir havalandırma sistemləri, IP telefoniya, təhlükəsizlik kameraları, avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

İnzibati binada yaradılmış üç iclas və 320 nəfərlik konfrans zallarında müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsi üçün hər cür imkan var. Kompleksin ümumi sahəsi 16 min 600 kvadratmetrdir. Kompleksin zirzəmisində xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar da yaradılıb.

Məlumat verilib ki, kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. Otaq əl-barmaq izlərini skaner üsulu ilə aşkarlayan və tozlu səth üzərindən izləri götürmək üçün qurğu, hadisə yerinə baxış protokollarının nümunələrinə aid fotocədvəllər, müxtəlif növ kamera çəkilişlərinə baxış keçirilməsi cihazları, kvadrokopter, sualtı çəkiliş aparmaq üçün dron, qara və əlvan metalların axtarışı, yer səthində müxtəlif predmetləri aşkarlamağa imkan verən cihaz və sair avadanlıqla təchiz edilib.

Təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli kamera, metalaşkarlayıcı, çantayoxlayan rentgen qurğuları, turniketlər, eləcə də əməkdaşlar üçün yeməkxana istifadəyə verilib. Kompleksin yardımçı binasında xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar nəzərdə tutulub.

Tədbirdə səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən belə avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.

Qeyd olunub ki, kompleksin ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.

Mediatur çərçivəsində Baş Prokurorluğun inzibati bina kompleksində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanışlıq olub.

Jurnalistlərə məlumat verən Kənan Zeynalov bildirib ki, qalereyada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iriçaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür. Qalereyada, həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və işğaldan azad olunmuş Şuşaya və digər ərazilərə səfərlərini, eləcə də Qələbə münasibətilə 2020-ci il dekabrın 10-da keçirilmiş hərbi paradı əks etdirən fotolar nümayiş olunur. Dövlətimizin başçısının 2020-ci il 30 dekabr tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Azərbaycan Respublikasının Prokurorluq orqanları işçilərinin siyahısı da qalereyada yer alıb. Qalereyada, eyni zamanda, 44 günlük Vətən müharibəsində iştirak etmiş prokurorluqda işləyən dövlət qulluqçuları və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də var.

Baş Prokurorluğun yeni inzibati bina kompleksinə media-tur təşkil edilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: Son on ildə ilk dəfədir ki, dünyada qaçqınların sayı azalıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Nərimanov rayonunda obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Bu saata olan əsas xəbərlər

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb