“Bavariya”nın dörd futbolçusu komandanı tərk etmək istəyir
Bakı, 1 iyun, AZƏRTAC
Yay transfer dövründə Münxenin “Bavariya” klubunun dörd futbolçusu komandanı tərk edə bilər.
AZƏRTAC “Sport Bild” nəşrinə istinadla xəbər verir ki, söhbət Jerom Boatenq, Arturo Vidal, Xuan Bernat və Tiaqo Alkantaradan gedir.
“Bavariya” ilə birillik müqaviləsi olan Vidal və Bernat komandadakı vəziyyətdən narazıdırlar. “Mənim agentim bütün məsələləri aydınlaşdıracaq. Gələn mövsümü yaxşı keçirmək istəyirəm”, - deyə Vidal bildirib. Gedəcəyi komanda barədə danışan çilili futbolçu yalnız UEFA Çempionlar Liqasında mübarizə aparan klublardan birində forma geymək istədiyini bildirib.
Alkantara və Boatenq isə Rusiyada keçiriləcək dünya çempionatından sonra “Bavariya”da qalıb-qalmayacaqları barədə qərar qəbul edəcəklərini deyiblər.