Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağına humanitar yardımın həcminin və sürətinin artırılmasının vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, Bayden və Netanyahu Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər, Amerika lideri İsrailin öz vətəndaşlarını qorumaq hüququnu qeyd edib, beynəlxalq humanitar qanunlara riayət etmək və mülki insanları qorumaq zərurətini vurğulayıb.
“Prezident Qəzzanın mülki əhalisinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınının dərhal və əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir. Bayden və Netanyahu həmçinin girovların, o cümlədən ABŞ vətəndaşlarının tapılması və azad edilməsi səylərini müzakirə ediblər. Onlar birbaşa və milli təhlükəsizlik üzrə köməkçiləri vasitəsilə mütəmadi olaraq məsləhətləşmələri davam etdirmək barədə də razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]