Bayram Şəmmədov İslamiadada Azərbaycan millisinin aktivinə növbəti gümüş medalı yazdırıb
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycan idmançıları İslamiadanın sonuncu günündə milli komandamızın aktivinə növbəti gümüş medalı yazdırıblar.
AZƏRTAC xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb.