Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-105: Peşəkar diplomatlar və iqtisadçılar yetişdirən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində mütəxəssislərə böyük ehtiyac yarandı. Bu məqsədlə 1991-1992-ci tədris ilindən Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Sonrakı illərdə Bolonya təhsil sisteminə keçidlə əlaqədar fakültədə bir sıra struktur dəyişiklikləri aparılıb. 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırılıb. Buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, iqtisadiyyat, dünya iqtisadiyyatı və politologiya ixtisasları tədris edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, hazırda fakültədə beynəlxalq münasibətlər, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, dövlət və ictimai münasibətlər, maliyyə, menecment, biznesin idarə edilməsi, politologiya və statistika ixtisasları üzrə kadrlar hazırlanır.

Fakültədə akademik heyətin potensialının artırılması, həmçinin yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması məqsədilə bir sıra addımlar atılıb. Tələbə və professor-müəllim heyətləri arasında müvafiq sorğular keçirilib və onların nəticələri təhlil edilib. Dünya standartlarına cavab verən və müasir əmək bazarının tələblərini ödəyən yeni ixtisaslar (ixtisaslaşmalar) formalaşdırılıb və mövcud ixtisaslar dövrün tələbləri çərçivəsində təkmilləşdirilib. Otuz il ərzində fakültə müəllimlərinin ayrı-ayrı fənlər üzrə sanballı dərslikləri işıq üzü görüb, kafedralarda bakalavriat və magistratura səviyyələrində nəzərdə tutulan fənlərin proqramları hazırlanıb və nəşr olunub.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əldə etdiyi uğurlar onun yüksək elmi potensialından qaynaqlanır. Fakültənin kafedralarında elmi fəaliyyət illər ərzində formalaşmış elmi məktəblər çərçivəsində həyata keçirilir.

“TACIS-TEMPUS” proqramı çərçivəsində “Avropa və Xəzər dənizi” layihəsi üzrə Fransanın Nits Universiteti, Qrenobl Universiteti və İtaliyanın Genuya Universiteti ilə əməkdaşlığı vurğulamaq lazımdır. Bu layihənin fakültədə tədrisin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti var.

Fakültənin tələbələri 2005-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Amerika Təhsil Şurasının təşkil etdiyi “Nazirliklərdə praktika” müsabiqəsinin qalibi olublar. Həmçinin “3-cü Moskva Beynəlxalq Forumu” çərçivəsində “2006-cı ilin Avropa İttifaqı Modeli” mövzusunda tədbirdə, Brüsseldə NATO-nun Baş Qərargahında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin NATO-nun İctimai Diplomatiya İdarəsinin təşkil etdiyi seminarda universiteti layiqincə təmsil ediblər.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanaraq ölkəmizdə yeni nəsil yüksəkixtisaslı mütəxəssislərin hazırlanması qarşıda duran başlıca məqsədlərdən biridir. Bu baxımdan BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Hazırda fakültə ABŞ, Kanada, İsveçrə, Rusiya, Almaniya, İtaliya, Polşa, Fransa, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bir sıra qabaqcıl elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Fakültədə mütəmadi olaraq tələbə, magistrant, doktorant və professor-müəllim heyəti üçün təsir əmsallı jurnallarda məqalələrin çap edilməsinə dair təlimlər keçirilir. Son illərdə Türkiyənin nüfuzlu universitetlərindən olan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub və birgə tədqiqat işləri, ikili diplom proqramı və bu kimi məsələlər üzrə danışıqlar aparılıb.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və ABŞ-ın Linkoln Universitetinin Biznes inzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)” ixtisaslaşmasında ikili diplom proqramı hazırlanıb. Bununla yanaşı, BDU və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında beynəlxalq münasibətlər ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramına başlanılıb. 2022-ci ildən etibarən bakalavriat səviyyəsi üzrə beynəlxalq münasibətlər ixtisası üzrə BDU və Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında ikili diplom proqramı imzalanıb.

Fakültə tələbələrinin uğurları daha sevindiricidir. Onlar BDU-nun daxili və beynəlxalq səviyyəli tədbirlərinin ən fəal iştirakçılarıdır. Universitetlərarası beynəlxalq humanitar yarışmasında fakültə komandası ardıcıl qalib olub və Beynəlxalq Qırmızı Xaç Komitəsinin diplomlarına layiq görülüb. Tələbələr müxtəlif illərdə beynəlxalq hüquqa dair ABŞ-da, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin qalibi, Moskvada keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının ən güclü iştirakçısı olublar.

Fakültənin tələbələrinin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinə, paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil edilir. BDU-da fəaliyyət göstərən İdman-Sağlamlıq Mərkəzi, Mədəniyyət-Yaradıcılıq Mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək, universitetin mədəni, ictimai, sosial həyatında fəal iştirak edirlər. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr təşkil olunur. Eyni zamanda, ölkədə fəaliyyət göstərən beynəlxalq münasibətlər və iqtisadiyyat profilli elmi-tədqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı